Bu məkanlarda da peyvənd pasportu tələb ediləcək? - RƏSMİ

Bu məkanlarda da peyvənd pasportu tələb ediləcək? - RƏSMİ

Məlum olduğu kimi, bu gündən etibarən COVID-19 pasportu olmayan şəxslər ictimai iaşə müəssisələrinə, o cümlədən restoran və kafelərə buraxılmır. Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər sentyabrın 1-dən etibarən ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. 

Kafe və restoranların bir çoxu həm də açıq havada xidmət göstərir. Bəs açıq havada xidmətdən istifadə edən vətəndaşlardan necə, COVID-19 pasportu tələb olunacaqmı?

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı "Qafqazinfo”ya bildirib ki, qərar açıq havada fəaliyyət göstərən bütün kafe və restoranlara da aiddir:

"Bütün hallarda, vergi qeydiyyatında olan ictimai iaşə obyektlərində kütləvi xidmət sahəsi olduğuna görə mütləq qaydada COVID pasportu tələb olunur. Açıq məkan olsa belə, onlar ictimai iaşə obyekt hesab olunurlar”.



OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...