Moskvanın növbəti “əsir-mina xəritəsi” barterinə Bakının “yox” cavabı – Lavrov buna görə qəzəblidir?

Moskvanın növbəti “əsir-mina xəritəsi” barterinə Bakının “yox” cavabı – Lavrov buna görə qəzəblidir?
"Sergey Lavrovun Ararat Mirzoyanla görüşdə "Azərbaycan hərbi əsirləri ilkin şərt olmadan qaytarmalıdır” açıqlamasının sərt tonu ermənilərə jestdən daha çox, Bakının sərgilədiyi mövqenin Moskvanı qıcıqlandırmasından qaynaqlanır”.

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündən danışarkən deyib.

O, prezident İlham Əliyevin Putinin bu məsələ ilə bağlı istəklərini qəbul etmədiyini vurğulayıb:

"Digər tərəfdən 30 avqustda Moskva Bakıdan istədiyini ala bilməyib. Rusiyanın yeni həmsədri İqor Xovayev Lavrov-Mirzoyan görüşündən bir gün öncə Bakıda Ceyhun Bayramovun qəbulunda oldu. İstisna deyil ki, istəklərdən biri də Moskvanın vasitəçiliyi ilə erməni terrorçularla mina xəritələrinin növbəti barteri olub.

Ruslara öz vasitəçiliyini nümayiş etdirmək üçün növbəti "kiçik uğur” lazımdır. Onlar "əsir-mina xəritəsi” məsələsini birdəfəlik həll etmək və Qərbin bölgədə vasitəçiliyinə zəmin yarada biləcək amili aradan qaldırmaq istəyir”.

A.Nərimanlının sözlərinə görə, rəsmi Bakı isə rusların istəyini təkcə mina xəritələrinin çox hissəsinin saxta olmasına görə yox, həm də Moskvanın Qarabağda separatçılara dəstəyinə cavab olaraq geri çevirib:
 
"Bu, ruslar üçün Qərbin (ABŞ) yenidən "humanitar məsələlərdə vasitəçiliyinə” risk yaratması siqnalıdır. Görünür, Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasının yubanması və rusların Qarabağda suverenliyimizə təhdidlər yaratması fonunda oyunu açıq və sərt oynayır: "Lavrovun açıqlamasının tonu da "gözləmədikləri reaksiyadan” qaynaqlanır”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...