Birinci doza vaksin vurduranların nəzərinə: Məhdudiyyətlər olacaq - VİDEO

Birinci doza vaksin vurduranların nəzərinə: Məhdudiyyətlər olacaq - VİDEO
"Bəzən insanlar COVID-19 pasportu ilə ilk dozanın vurulması zamanı verilən vəsiqəni səhv salırlar. Bu gündən etibarən isə fəaliyyətinə icazə verilən müəyyən sahələr (iri ticarət və ictimai iaşə obyektləri) var ki, COVID-19 pasportu olmayanalar həmin yerlərə buraxılmayacaq".

Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "İctimai TV”yə müsahibəsində deyib.

Nazirlik rəsmisi çaşqınlıq yaradan birinci və ikinci doza vaksin məsələsinə aydınlıq gətirib. Onun sözlərinə görə, yalnız hər iki doza vaksin vurduran şəxslər fəaliyyətinə icazə verilən sahələrə buraxılacaq:

"Əhali arasında çaşqınlıq yaranamsın. Nazirlər Kabinetinin normasında vaksinin birinci və ikinci dozası haqqında ayrı-ayrı istisna yoxdur. Burada COVID-19 pasportundan söhbət gedir. Koronavirus pasportu əldə etmək üçün iki doza da tam vurulmalıdır. Hər iki dozanı etdirən şəxs vaksinasiyadan keçmiş hesab olunur. Yalnız iki doza mövcud olduğu halda onun pasportu keçərli hesab edilir.

Birinci doza vaksin məsələsi yalnız fəaliyyətinə icazə verilən sahələrdə çalışan işçi heyətinə aiddir. Sentyabrın 1-nə qədər 1-ci doza, oktyabrın 1-dən isə ikinci doza vaksinin olması tələb olunacaq. Bütün fəaliyyətinə icazə verilən sahələrdə vətəndaşlardan mütləq COVID-19 pasportu tələb olunur”.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...