Moldovada boksçu yol qəzasında həlak oldu

Hadisə
23:20 / 31.08.2021
2314
Moldovalı boksçu Vasili Belous 34 yaşında yol qəzası nəticəsində həlak olub.
Sfera.az-ın məlumatına görə, bu barədə Moldovanın "publika.md" portalı xəbər verir.
Qəza Moldovanın Oçnitsa bölgəsində baş verib. Belə ki, Belous idarəetməni itirərək avtomobilini monastırın daş qapısına çırpıb.
Belous 2017-ci il boks üzrə Avropa Çempionatının bürünc mükafatçısı, çoxqat Moldova çempionudur. 2012-ci il Olimpiya Oyunlarında isə ikinci turda məğlub olub.