Qazax sakinini Ağstafada ilan sancdı

Hadisə
23:03 / 31.08.2021
2446
Ağstafada 38 yaşlı kişini ilan sancıb.
Sfera.az-a verilən məlumata görə, hadisə Ağstafa rayon Ceyrançöl ərazisində qeydə alınıb.
Qazax rayon sakini, 1983-cü il təvəllüdlü Amil İbrahimovu ayağından ilan sancıb.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Turan
Sfera.az