72 yaşlı kişi ayağından güllələndi - Daşkəsəndə

Hadisə
21:32 / 31.08.2021
2869
Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində güllə yarası alıb.
Sfera.az-a verilən məlumata görə, rayonun Zivlən kəndində, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib.
Özünün dediyinə görə, tanıdığı şəxs tüfənglə atəş açaraq onu yaralayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Turan
Sfera.az