"Qarabağın bərpasına onlar cəlb olunmalıdır" - Qüdrət Həsənquliyev

"Büdcə gəlirlərini artırmaq üçün biznes mühiti yaxşılaşdırılmalı, ölkəyə investisiya cəlb olunmalıdır."
 
Sfera.az xəbər verir ki, bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibə verib.
 
Şuşaya, işğaldan azad olunmuş digər ərazilərə edilən yüksək səviyyəli səfərlər insanlarımızda daxili rahatlıq, xalqımızda özünə güvən hissi yaradır. Quruculuq işlərinin vüsəti və onun yaratdığı müsbət emosiyaları təsvir etmək belə çətindir. Ümid edirəm çox çəkməz, Şuşa sakinləri öz doğma yurdlarına qayıtmağa başlayar. Çox istərdim ki, Şuşanın və digər işğaldan azad olunmuş şəhər və qəsəbələrimizin ən gözəl və abad yerlərində həmin yaşayış məntəqələrimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin adları yazılmış xatirə kompleksləri yaradılsın. Bu yaxınlarda izləyirdim, Almaniya bizdən çox zəngin ölkə olsa da könüllülər daşqınların ziyan vurduğu  yaşayış məntəqələrinin bərpası üçün necə böyük entuziazmla, həvəslə çalışırlar. Qarabağın bərpasına evlərindən didərgin salınmış insanlar, könüllülər cəlb olunmalıdır. Bu insanları torpaqlarımıza daha möhkəm tellərlə bağlayacaq, onlara mənəvi güc verəcək. Xalqımıza belə bir imkan yaradılmalıdır.
 
- Cənab Ərdoğanın Ermənistana barış təklifini necə qəbul edirsiniz?
 
- Çox yaxşı, dəfələrlə belə çağırışlar həm də Azərbaycan Respublikasının Prezidenti tərəfindən edilib. Amma məsələ orasındadır ki, Ermənistan qonşuları ilə sülh sazişi imzalamaq sərbəstliyinə malik müstəqil ölkə deyil. Ermənilərin müharibələrsiz və qorxusuz yaşamaq şansları Rusiyaya bağlıdır. Həm Türkiyə, həm Azərbaycan Ermənistanla əlaqəli görsənən məsələlərin həllini Rusiya ilə danışmalıdır. Hazırda görsənən odur ki, Rusiya hələlik Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin qaydaya salınmasında və düşmənçiliyə son qoyulmasında maraqlı deyil.
 
- Rusiyanı razı salmaq üçün nə edilməlidir?
 
- Rusiya ilə işləmək lazımdır. Onu inandırmalıyıq ki, münaqişənin həlli onun maraqlarına cavab verir. Rusiyanın regionda mövcudluğunun başqa siyasi-hüquqi təminatlarını yaratmaq olar. Bununla yanaşı Ermənistana təzyiqləri artırmalı, onu başa salmalıyıq ki, silahlanma Ermənistanın təhlükəsizliyinə təminat verə bilməz, olsa-olsa onun alət olma funksiyasını artıracaq.
 
Rusiyanın diqqətinə sülhün alternativinin nə olacağı və onun Rusiya -Azərbaycan münasibətlərinə təsiri barədə ciddi mesajlar çatdırılmalıdır. Rusiya beş - on min erməniyə və 3-4 min kv.km əraziyə görə Azərbaycanı və Türkiyəni uzun müddətə, bəlkə də həmişəlik itirmək təhlükəsinin son dərəcə real olduğunu anlamalıdır.
 
Düşmənin bizimlə hesablaşması üçün neft - qaz gəlirlərindən asılı olmayan güclü iqtisadiyyat qurmalıyıq. Bu istiqamətdə nəhayət ki, islahatlara başlamaq lazımdır. Vergi və gömrük orqanlarının büdcəyə əlavə vəsait cəlb etmək istiqamətindəki səyləri, hüquq-mühavizə orqanlarının oğurlanmış, yaxud başqa yollarla büdcədən yayındırılmış vəsaitlərin geri qaytarılması istiqamətində apardığı mübarizə, cərimələrin məbləğnin artırılması və tətbiq dairəsinin genişləndirilməsi  yalnız qısa dövr üçün effektli ola bilər. Büdcə gəlirlərini artırmaq üçün biznes mühiti yaxşılaşdırılmalı, ölkəyə investisiya cəlb olunmalıdır. Beynəlxalq və regional iqtisadi birliklərə üzv olmaq və kompleks islahatlar yolu ilə rüşvətsiz biznes fəaliyyətinə başlamağın və fəaliyyət göstərməyin mexanizmləri yaradılmalıdr.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü - FOTO

İyulun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci zirvə toplantısı çərçivəsində Pak...

Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi

Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"na yeni baş məşqci təyin edilib.   Sfera.az xəbər verir ki, manset.az-ın məl...

Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, uşaq yaşlarını yada salan mü...

Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən sosial şəbəkə hesablarında paylaşım edilib...

Gün sizdən yanadır - Bu bürclərin DİQQƏTİNƏ

Bu gün səmada hərəkətlilik var. Günün əsas astroloji hadisəsi Ayın Şir bürcündə hərəkət etməsidir ki, bu da cəsarət, özünüifadə və yaradıcılıq enerjisini güclən...

Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib

3 iyul 2025-ci il tarixində saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib. Sfera.az bildirir ki, iclasda məşqçi-müəlliml...