Azərbaycanda onlarla insanın aldadıldığı “give away” tələsinə son qoyulur? - "Vergi tutula bilər"

Azərbaycanda onlarla insanın aldadıldığı “give away” tələsinə son qoyulur? -
Son zamanlar Azərbaycanda fenomenlərin, blogerlərin təşkil etdiyi  "give away”lər, yarışmalar geniş yayılıb. Müşahidələr göstərir ki, əksər hallarda sözügedən yarışmalar insanların aldadılması ilə nəticələnir. Bu sahəyə heç bir nəzarət yoxdur desək, yanılmarıq.
 
Bəs, problemin həlli yolu nədir? Yarışmalar hansı formada tənzimlənməlidir?

Bununla bağlı  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Sfera.az-a açıqlamasında Azərbaycanın  bazar iqtisadiyyatı ölkəsi olduğunu xatırladıb:

"Bu, kapitalizmə, pula söykənən bir quruluşdur. Belə bir vaxtda istənilən pulun hesabı aparılmalı, qanunvericilikdə nəzərdə tutulduğu kimi gəlirlərin vergisi olmalıdır. Hətta gəlirləri əldə etməyin də öz qanunvericilik yolu var. Azərbaycanda hansısa yarışmaların təşkili elan edilməlidir. "Yalnız dövlət orqanları bunu təşkil etməlidir”, - deyə bir qadağa yoxdur. İstənilən ictimai qurum, istənilən fiziki və ya vəzifəli şəxs bunu edə bilər. Lakin mütləq rəsmi qeydiyyatdan keçməli, öz hədəflərini, vəzifələrini müəyyən etməli, əldə olunacaq gəliri gizlətməməli və onun vergisini ödəməlidir”.

Müsahibimizin sözlərinə görə,  dövlət orqanları tərəfindən qeydiyyatdan keçməyin bir mənası da ondan ibarətdir ki, həmin yarışmaların Azərbaycanın konstitusion quruluşuna, mənəviyyatımıza, əxlaqımıza, cəmiyyətdə sağlam münasibətlərə qorxusunun olub-olmamasını müəyyən etmək olur:

"Hər hansı atılan addım, təşəbbüs, pula bağlı münasibətlər mütləq dövlət qeydiyyatından keçməklə, müvafiq orqanlar tərəfindən qeydə alınmaqla və vəzifələri cəmiyyətə zidd olmayaraq müəyyənləşdirilməklə tətbiq oluna bilər. İstənilən mərc oyunları, lotoreya oyunları, yarışmaların hər birinin təşkili müvafiq orqanların qeydiyyatından keçməlidir.

Ümumiyyətlə, sosial şəbəkələrə nəzarət bizdə çox zəifdir. Bir tərəfdən istifadəçilər müqavimət göstərir ki, hüquqlarımız məhdudlaşdırılır və.s. İkinci bir tərəf, dövlət orqanlarının hələ bu sahəyə kifayət qədər nəzarət edə bilməməsidir. Məsələn, hələ də əxlaq və mənəviyyatla bağlı müəyyən məhdudiyyətlərin Azərbaycan tərəfindən deyil, sosial şəbəkə təşkilatçıları tərəfindən tətbiqini görürük.  Amma Azərbaycan qanunvericiliyində kifayət qədər dəyişiklik olunub ki, sosial şəbəkələrə bu sahədə nəzarət olunsun, monitorinqlər keçirilsin. Bunun üçün müvafiq xidmətlər var. Təəssüf ki, bunlar icra edilmir və dövlət orqanları qarşısında məsuliyyət qoyulmur”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...