Əli Həsənov: "Məndən heç nə soruşmayın!"

Əli Həsənov:
Bu günlərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov bir qrup şəxsin onun tualetdə erotik videosunu yaymaqla şantaj etdiyini bildirmişdi.


Bununla bağlı "Tvitter” hesabında paylaşım edən Ə.Həsənov gizli çəkilən fotosu ilə təhdid edildiyini qeyd etmişdi:

"Nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaq”,- deyə Əli Həsənovun paylaşımında vurğulanıb.  

Amma o, təhdid edildiyi şəxslərin kimliyini açıqlamasa da, paylaşımında şantajla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini vurğulayıb. Daha sonra isə həmin paylaşımı silib. Bir neçə gün sonra Əli Həsənov "Facebook” və "Twitter” hesablarını da dondurub. 

Sözügedən məsələ isə hələ də ictimaiyyətdə müzakirə predmetidir. 


Məsələ ilə bağlı Prezident Administrasiyasının eks şöbə müdiri Əli Həsənov Bizim.Media-ya danışıb.

O, bununla bağlı nə lazımdırsa açıqlandığını və əlavə heç bir şərhə ehtiyac olmadığını deyib:

"Nə lazımdırsa, açıqlamışıq, əlavə şərhimiz yoxdur. Xahiş edirəm, bir də bu haqda məndən bir şey soruşmayın”,- deyə Əli Həsənov əlavə edib.


Xatırladaq ki, Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. 2019-cu ilin noyabrında vəzifədən azad edilib.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...