“Ağzınızın əyrisi nə vaxt düzələcək?” – Flora Kərimova sosial şəbəkə istifadəçilərinə əsəbiləşdi

“Ağzınızın əyrisi nə vaxt düzələcək?” – Flora Kərimova sosial şəbəkə istifadəçilərinə əsəbiləşdi
"Təəssüf edirəm ki, bir qrup kütləni heç nə ilə razı salmaq mümkün deyil”.

Sfera.az bildirir ki, bunu Xalq artisti Flora Kərimova Olimpiya oyunları iştirakçılarımız haqda sosial şəbəkələrdəki müzakirələrdən danışarkən deyib.
 
Müğənni Azərbaycan adını andıran hər kəsə vətəndaş olaraq təzim etdiyini vurğulayıb:

"Medal alanlarımızı ayaqüstə alqışlayıram! Həmişə demişəm ki, igir odur, atdan düşə, atlana. Nə olsun ki, bu dəfə qızıl medal qazanmadılar? Əsas odur ki, Azərbaycan bayrağı altında millətimizi təmsil ediblər. Dərk edə bilirsiniz, bu nə deməkdir? Rafael Ağayevin medallarının sayı-hesabı yoxdur. Daha heç bir qələbəsi olmasa belə adını dünya idman tarixinə qızıl hərflərlə yazdırıb”.

Xalq artisti sosial şəbəkələrdə idmançıları tənqid edənlərə də səslənib:

"Sizin ağzınızın əyrisi nə vaxt düzələcək? Nə zaman siz özünüz şəxsiyyət olub, adınız böyük hərflərlə yazılacaq?  Söz demək xatirinə "söz” deməkdirsə, düşündüyünüzü sosial şəbəkələrdə yazmadan öncə, papağınızı qoyun qabağınıza düşünün. Siz bu Vətən bayrağını qaldırmağa layiq şəxsiyyət olacaqsınızsa, bax o zaman millətin sərvəti sayılan şəxslərə söz deməyə mənəvi haqqınız çatacaq”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...