Vaksinasiyadan sonra xəstəliyi niyə ağır keçiririk? – İnfeksionistdən açıqlama

Vaksinasiyadan sonra xəstəliyi niyə ağır keçiririk? – İnfeksionistdən açıqlama
Son zamanalar koronavirus əleyhinə peyvənd olunan şəxslərdə vaksindən sonra ağırlaşmaların, yoluxma olduğu təqdirdə isə xəstəliyin ağır keçməsi kimi halların olduğu bildirilir.
 
Nəzərə alsaq ki, vaksin yoluxma zamanı ağırlaşmanın qarşısını alır, bu zaman ağırlaşma olması ilə bağlı iddialar narahatlıq yaratmaya bilməz.
 
Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Aytən Ziyadova vaksindən sonra xəstəliyin yüngül keçməsi üçün 14 gün aralığın zəruriliyini bildirib:
 
"Vaksinasiyadan minimum iki həftə keçməlidir ki, koronavirusa yoluxma olarsa, xəstəlik yüngül keçsin. Bir dozanı qəbul edən şəxslərdə qoruyucu immunitet yaranmadığı üçün koronavirusun ağır keçmə ehtimalı var.
 
Vaksinin yan təsirləri və əks göstərişləri var. Vaksinə əks göstərişi olan xəstəliklər var ki, bunu da həkim müayinəsi əsasında bilmək olur. Yan təsirlər kimi isə ağırlaşmaların olduğu deyilir. Ağırlaşma dedikdə, anaflaktik şoku nəzərdə tuturlar. Lakin bu vəziyyət digər xəstəliklərdə də olur. Anaflaktik şokun olmasi az hallarda müşahidə edilir. Bu səbəbdən biz vətəndaşlara peyvənddən sonra 30 dəqiqə müddətində kabinetdə qalmağı tövsiyə edirik. İndiyədək peyvənddən sonra ciddi ağırlaşmanın olması ilə bağlı müraciət daxil olmayıb".

İnfeksionist vaksindən sonra koronavirusa yoluxan şəxslərin müalicə prosedurundan da danışıb:

"Biz hər xəstəyə individual yanaşırıq. Yəni, hər xəstənin standart müalicəsi yoxdur, orqanizmi sorğulamaq lazımdır. Əgər şəxs vaksindən sonra koronavirusa yoluxursa, həkim müayinəsi ilə bol maye qəbul etməklə və vitaminli qidalardan istifadə ilə xəstəliyi ötüşdürə bilər. Lakin yanaşı xəstəliklər sorğulanmalı, risk amilləri nəzərə alınmalıdır".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...