"Bu bölgədə artan gərginlik Üçüncü Dünya müharibəsinə təkan verəcək" - Dünya təlaş içindədir

"Dünyada baş verən kataklizmlər, müharibələr, əzələ nümayişləri, nüvə dövlətlərinin sayının artması gedişatın təhlükəli olduğunu göstərir. "Ərəb baharı” Suriyaya çatdıqda böyük dövlətlərin qarşıdurması daha da gücləndi. Bu halda da "üçüncü dünya müharibəsindən” danışanların sayı artdı. İş o yerə çatdı ki, Roma Papası da "üçüncü dünya müharibəsi” ifadəsini səsləndirmək məcburiyyətində qaldı”.
 
Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
 
Politoloq bu istiqamətdə yeni baxışın Amerikadan gəldiyini bildirib:

"ABŞ-ın Hərbi-Dəniz Akademiyasının Strateji Təhlillər kafedrasının müdiri Ceyms Holms "The National Interest” dərgisində yayımladığı məqaləsində "üçüncü dünya müharibəsinin” başlanğıc nöqtəsini fərqli məkanda işarə edib: "Rusiya və Çin Yaponiyaya qarşı ərazi iddiası əsasında bölgədə gərginlik artacaq və bu üçüncü dünya müharibəsinə təkan verəcək”. 

O xatırladıb ki, alimin sözlərinə görə, Moskva və Pekin Yaponiya torpaqlarının bir hissəsinə ərazi iddiası irəli sürə bilərlər: 

"Moskva ilə Tokio arasında Kuril adalarına görə mübahisə davam edir. Bu mübahisə Moskvanı Tokioya qarşı əks-planlar hazırlamağa sövq edir. Bundan başqa Pekin Yaponiyanın Senkaku adasına iddia edir. Aydındır ki, əgər Rusiya və Çin adalara görə Yaponiyaya qarşı vahid cəbhə açarlarsa, Tokionun strateji müttəfiqi ABŞ işə qarışmalı olacaq. O, həmçinin Vaşinqtonun Tokioya dəstəyini artırmasının vacibliyini bildirib. Holmsun sözlərinə görə, əks halda Çin Rusiya ilə birgə Yaponiyaya qarşı aqressiyanı gücləndirəcəklər””.

E.Şahinoğlu qeyd edib ki, Yaponiyanın hər hansı bir dövlətə qarşı müharibə aparmaq planı yoxdur:

"Buna baxmayaraq, Tokio Kuril adalarının geri qaytarılması siyasətindən əl çəkmir və Pekinin ona qarşı ərazi iddiasını rədd edir. Pekin isə hesab edir ki, Yaponiya İkinci Dünya Müharibəsinin nəticələrindən hələ dərs çıxarmayıb. Yəni Pekinin fikrincə, əgər Yaponiya İkinci Dünya Müharibəsində məğlub olubsa, üstündən uzun onilliklər keçdikdən sonra da Tokio hələ də məğlubiyyətin acısını yaşamalı və haqqını tələb etməməlidir. Yaponiya keçmiş səhvlərindən nəticə çıxarıb, aqressiv siyasət yürütmür, müharibələrdə iştirak etmir, nüvə dövləti olmağa çalışmır və s. Eyni sözləri Rusiya və Çin haqqında demək mümkün deyil”.

Politoloq bəzi mütəxəssislərin fikrinə istinadən Vaşinqtonun Moskva ilə münasibətlərdə strateji sabitliyə nail olmağı arzuladığı qənaətindədir:

"Ancaq Moskva və Pekinin siyasəti hələ ki, "strateji sabitliyə” imkan vermir. Vaşinqtonda onu da anlayırlar ki, Amerikanın həm Rusiya, həm də Çinlə mübarizə aparması çətindir. Bu siyasət Moskva ilə Pekini bir-birinə daha da yaxınlaşdırır. Amerika keçmişdə kommunist Çinlə münasibətləri normallaşdıraraq kommunist SSRİ ilə mübarizə aparırdı. Vaşinqtonun 1970-1980-ci illərdə yürütdüyü bu siyasət bəhrəsini verdi, SSRİ dağıldı.

İndi isə əksinə, Vaşinqton Çini hədəf seçərək Rusiya ilə münasibətlərdə bütün çətinliklərə baxmayaraq dialoqunu genişləndirməyə çalışır. Ancaq Kreml son illərdə ətrafda o qədər problem yaradıb ki, Vaşintonla dialoq alınmır. Kreml bunun əvəzində Pekinlə müttəfiqliyi gücləndirməyə çalışır. Avqustun 13-də Çində Rusiya ilə birgə hərbi təlimlər başladı. Təlimlərdə hər iki ölkədən 10 min hərbçi və yüzlərlə hərbi texnika iştirak edib”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...