“Prezident Şuşadan mühüm mesajlar verdi” - Deputat

“Prezident Şuşadan mühüm mesajlar verdi” - Deputat
"Mədəni xarakterli siyasi yükə malik bu kimi böyük tədbirlərin həyata keçirilməsi, Azərbaycanın güc və qüdrətinin, Prezidentin iradəsinin təsdiqini bir daha gündəmə gətirdi”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa səfəri və burada səsəndirdiyi mesajları dəyərləndirərkən, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib:

"Hər zaman olduğu kimi, Prezident Şuşa səfərini həyata keçirən zaman, həmçinin yol boyu vacib olan məntəqələrdə dayanaraq, aparılan tikinti-quruculuq işlərilə də tanış olub, tapşırıqlarını verib və iradlarını bildirib. Son dayanacaqda isə siyasi-hüquqi baxımdan böyük əhəmiyyət kəsb edən mesajlar verib. Bu baxımdan Şuşa səfəri böyük əhəmiyyət kəsb edir. Prezident Şuşanın azad edilməsilə bağlı verdiyi ayrı-ayrı bəyanatlarla bu şəhərin həqiqətən Azərbaycan və türk dünyasının mədəniyyət beşiyi olduğunuvə bu istimətdə dövlətin ciddi siyasi iradəsinin mövcudluğunu ortaya qoyub”.
 
Deputat bildirib ki, Prezidentin Şuşaya səfəri fonunda Vagifin məqbərəsi önündə poeziya gününün keçirilməsi də Azərbaycanın öz hədəflərini ortaya qoyması və ona doğru irəliləməsi baxımından mühüm tədbir idi:
 
"Şuşa bərpa olunmaq prosesini yaşayır. Erməni vandalları tərəfindən dağıdılan Vafiqin məqbərəsi də bərpa olundu. Eyni zamanda Vaqifin yaşadığı evin qarşısında büstü, Bülbülün və Üzeyir Hacıbəyovun Ev Muzeyinin təməlqoyma mərasimi keçirildi”.
 
Deputat qeyd etdi ki, ermənilər onlara ünvanlanan belə mesajların fərqindədir: "Prezidentin çıxışı ilə Şuşanın əbədi olaraq Azərbaycanın tarixi məskəni kimi insanlarımızın ixtiyarına verildiyi bir daha sübut olundu. Yaxın gələcəkdə şuşalıların daha komfort vəziyyətdə yaşayacaqlarının planı açıqlandı. Bütün bunlar diplomatik və informasiya müharibəsində Azərbaycanın ciddi üstünlüklərinin ifadəsidir”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...