Peyvəndlər niyə “Hell” soyuducusunda saxlanılır?

Peyvəndlər niyə “Hell” soyuducusunda saxlanılır?
Sosial şəbəkələrdə poliklinikalardan birində koronavirusa qarşı peyvəndlərin enerji içkiləri üçün nəzərdə tutulan soyuducuda saxlandığını əks etdirən görüntülər yayılıb. 

Foto geniş müzakirələrə səbəb olub, vaksinlərin bu şəraitdə hansı keyfiyyətdə saxlandığı sual doğurur. Həmçinin peyvənd məntəqələrinin lazımi soyutma konteyneri ilə təmin olunub-olunmaması da müzakirə mövzusudur.

Səhiyyə Nazirliyindən məsələ ilə bağlı "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həqiqətən də həmin soyuducu konteynerdən 16 saylı Şəhər Poliklinikasında istifadə olunub: "Vaksinlər poliklinikalarda 2-5 dərəcə temperaturda saxlanılır. Bu soyuducular da həmin temperaturu təmin edir”.

Poliklinikaların soyuducu konteynerlərlə təminatına gəlincə isə, nazirlikdən bildirilib ki, bu məsələ Səhiyyə Nazirliyinin səlahiyyətində deyil. 

Mövzu ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də sorğu ünvanladıq. Agentlikdən məsələ haqda gün ərzində cavab veriləcəyi bildirilib. 

 

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...