“Növbələri tənzimləmək bizim işimiz deyil” – Səhiyyə Nazirliyindən vaksin basabası haqda açıqlama

“Növbələri tənzimləmək bizim işimiz deyil” – Səhiyyə Nazirliyindən vaksin basabası haqda açıqlama
"Vaksinasiyadakı sıxlıq hər kəsə məlumdur. Amma dəfələrlə qeyd edildiyi kimi növbələri tənzimləmək tibb işçilərinin öhdəliyi deyil”.

Sfera.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Quluzadə deyib.

O, böyük qismi xanımlar olan işçilərin narazı kütlənin önünə çıxmasının mümkün olmadığını vurğulayıb:

"Yaxınlaşan vətəndaşların əksəriyyəti qeydiyyatsız gəlir və tibb işçiləri onları növbəyə salır. Bu da təbii olaraq zaman itkisinə səbəb olur. Vətəndaşlarımızdan bu istiqamətdə anlayış istəyirik”.

Qurum rəsmisi həmçinin peyvənd növbələrində səs-küy salanlara da suallar ünvanlayıb:

"Xəstəliyə yoluxmadığınız təqdirdə, niyə son gün o izdihama siz də qatılırsınız? Niyə son gün vaksin olunursunuz? Araşdırmaçı kimliyinizlə niyə növbədə sıxlıq yaradanlar sırasındasınız?  Yanvardan başlayan və may ayından hamının (+18) rahat qatıla biləcəyi prosesi son 15 gündə bu hala niyə salırsınız? Zamanında vaksin vurdurmaq olmazdı?”
 
İnci
 

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...