Bakıdan İstanbula avtobuslar işləyir? - Rəsmi açıqlama

Bakıdan İstanbula avtobuslar işləyir? - Rəsmi açıqlama
Bakı Beynəlxalq Avtovağzal Kompleksi son vaxtlar yayılan elanlara münasibət bildirib.

Sfera.az-ın xəbərinə görə, qurumdan bildirilib ki, son vaxtlar müxtəlif sosial şəbəkələrdə vətəndaşların Bakı Beynəlxalq Avtovağzalından İran İslam Respublikası və Naxçıvan Muxtar Respublikasının ərazisindən keçməklə Türkiyə Cümhuriyyətinə - İstanbul şəhərinə avtobus vasitəsilə aparılmasına dair xəbərlərə - elanlara rast gəlinir:

"Rəsmi qaydada bildiririk ki, Bakı Beynəlxalq Avtovağzalından Türkiyənin İstanbul şəhərinə sərnişindaşıma haqda yazılanların heç bir hüquqi əsası yoxdur.

Bakı-İstanbul-Bakı marşrutu digər beynəlxalq marşrutlar kimi hazırda fəaliyyət göstərmir. Vətəndaşlardan xahiş olunur ki, bu tipli yalan məlumatlara inanmamaqla özlərini və yaxınlarını bu kimi səyahətlərdən yayındırsınlar.

Hazırda avtovağzaldan respublikanın regionlarına sərnişindaşıma fəaliyyəti ilə məşğul olan marşrutlar haqqında ətraflı məlumatı (Onlayn bilet sifarişi də daxil olmaqla) avtovagzal.az saytından ala bilərsiniz”.

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...