Milli Qəhrəmanın şəhid olduğu yerə xatirə lövhəsi vuruldu - FOTO

Milli Qəhrəmanın şəhid olduğu yerə xatirə lövhəsi vuruldu - FOTO
Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Oqtay Güləli oğlu Güləliyevin xatirəsi əbədiləşdirilib.

Sfera.az xəbər verir ki, bu barədə məlumat "Facebook” sosial şəbəkəsində şəhidin döyüş yoldaşları tərəfindən ictimailəşdirilib.

Belə ki, Hoçaz kəndinin yaxınlığında yerləşən qayaların birinə Oqtay Güləli oğlu Güləliyevin xatirə lövhəsi vurulub.

Məlumat üçün qeyd edək ki, Oqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulub.

1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb.

Laçın polisində işlədiyi vaxt Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak edib, uğursuzluqla sona çatan "Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub.

Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanıb, lakin müalicə olunaraq cəbhəyə qayıdıb.

Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb.

11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş Oqtay Güləliyevin son döyüşü oldu.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Milli Qəhrəman Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...