“Patı” ölkəyə necə daxil olur? – VİDEO

“Patı” ölkəyə necə daxil olur? – VİDEO
2021-ci ildə Azərbaycana gətirilən narkotiklərin 96 faizi insanı zombiyə çevirən kimyəvi maddələr olub.

Sfera.az xəbər verir ki, bu barədə ARB24-də hazırlanan süjetdə bildirilib.

Məsələ ilə bağlı açıqlama verən DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə  bu il narkotiklərin tranzit daşınma faktı 4-dən 15-dək yüksəlib:

"Narkotiklər Azərbaycana İran və Avropadan gətirilir. Ən öndə isə İran dayanır və cənub sərhədlərimizdən bu vasitələr ölkəyə daxil olur. Əməliyyat məlumatı olmadan belə bir faktları aşkar etmək mümkün deyil. Hazırda narkotikləri ölkəyə inanılmaz üsullarla gətirirlər. Bu yaxınlarda maraqlı fakt qeydə alındı. Zahiri görünüşcə kartofa bənzəyən narkotik vasitəni 20 kq-lıq kisələrə doldurmuşdular. Başqa bir fakt isə narkotiki propan qazı ilə dolu olan balonların içərisinə yığılması olub. Gömrükçü onu açsa, partlayardı. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəli, bizim giriş məntəqəmizdə əməkdaşlarımız onu vaxtında aşkar edə bilməmişdi. Amma ölkədən çıxarkən, Rusiyada onun qarşısını almışdıq”.

Daxili İşlər Nazirliyinin əməkdaşı Ağgül Həmdizadə isə bildirib ki, əvvəllər çox baha qiymətə satılan metamfetamin hazırda kifayət qədər ucuzlaşaraq, hər kəs üçün əlçatan olub:

"Qiymətin ucuz olması səbəbindən belə bir qənaətə gəliblər ki, bu, yəqin ölkədə istesal olunur. Lakin bu, tamamilə əsassızdır. Bütün məlumatlar yoxlanılıb. Sözügedən maddələrin respublikamızda istehsal olunması ilə bağlı heç bir məlumat təsdiqini tapmayıb. Qiymətin  bu qədər ucuz olması onunla izah olunur ki, bu maddələrin satışı ilə məşğul olanlar ilk dövrlər ziyana düşsələr də, daha ucuz qiymətə təklif edirlər. Çünki  ilkin istifadədən sonra asılılıq yaradır, insanlar nə yolla olursa-olsun onu əldə etməyə çalışacaqlar”.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...