Bakıda sərnişin dolu avtobus ağaca çırpıldı - Xəsarət alanlar var
Hadisə
19:00 / 27.06.2016
2456
Bu gün səhər saatlarında Bakının Xətai rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Sfera.az-ın məlumatına görə, hadisə "Əhmədli" metrostansiyası
yaxınlığında, yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən 44 saylı
"DAEWOO" markalı sərnişin avtobusu idarəetmədən çıxıb. Nəticədə
sürücü avtomobili ağaca vurub.
Qəza nəticəsində avtobusun içərisində olan
sərnişinlər xəsarət alıblar. Yaralılardan iki nəfər qadının xəsarətləri ağır
olduğu üçün onlar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan 60 yaşlı
Raziyə Kərimovanın baş nahiyəsi çapılıb. Digər xəstə, 32 yaşlı Aida Babayevanın
isə bel və omba nahiyəsində sınıq qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.