Tokio-2020: Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazanıb

İdman
12:01 / 28.08.2021
1217
Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
Sfera.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib.
Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempionu olub.