Ermənistan XİN rəhbəri Lavrovla görüşə gedir

12:00 / 28.08.2021
1146
Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş olacaq.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat verilib.
Bildirilir ki, avqustun 31-də Moskvada Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrovla Ararat Mirzoyan arasında görüş baş tutacaq.
Qeyd edək ki, A. Mirzoyan Ermənistan parlamentinin keçmiş sədridir. O, cari ilin iyulunda ölkənin XİN rəhbəri təyin olunub.