Prezident qələbə qazanan idmançıları təbrik etdi

11:50 / 28.08.2021
1653
Prezident İlham Əliyev "Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançılarını təbrik edib.
Sfera.az xəbər verir ki, dövlət başçısının Tviter hesabında bununla bağlı paylaşımında deyilir:
"Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi "Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!”