Latın Amerikasının tanınmış media nümayəndələri Gəncə şəhərində - FOTOLAR

11:44 / 28.08.2021
1231
Latın Amerikasının tanınmış media nümayəndələri Gəncə şəhərinə səfər ediblər.
Sfera.az xəbər verir ki, onlar Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərinə atdıqları raket nəticəsində mülki insanların həlak olduğu və yaralandığı ərazilərə baş çəkiblər.
Dağıntıların olduğu ərazilərə gələn xarici media nümayəndələrinə baş vermiş hadisə ilə bağlı məlumatlar verilib.
Qeyd edək ki, səfərdə Meksikanın "El Universal" qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın "İmpacto Mundo" telekanalının aparıcısı və bir neçə agentliyin müxbiri olan Roberto Trobaxo, Perudan tanınmış jurnalist, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes və Perunun nüfuzlu "La Razon" qəzeti və "Prensa21" xəbər portalının direktoru olan Karlos Linares və Kosta-Rikadan "Horizontes TV" kanalının aparıcısı Denis Mora Qusman iştirak edib.
Onlar daha sonra Ağdam şəhərinə yola düşüblər.
Turan
Foto: Pərvin
Sfera.az