“Azərbaycan futbolunun çiyinlərində daşıyan hocamız!” - FOTO

“Azərbaycan futbolunun çiyinlərində daşıyan hocamız!” - FOTO
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov rəsmi İnstaqram hesabında paylaşdığı foto ilə diqqət çəkib.

Sfera.azxəbər verir ki, gənc çalışdırıcı Qurban Qurbanovla şəkilini paylaşaraq, "Azərbaycan futbolunun çiyinlərində daşıyan hocamız!” cümləsini yazıb.

"Qarabağ”dan Polşa "Legiya”sına transfer olan, elə dünən "Slaviya" ilə keçirilən oyunda dubl edərək, klubunu Avropa Liqasının qrup mərhələsinə daşıyan Mahir Emreli də fotoya şərh yazıb.

"Yaxşı ki varsınız, hocamız”, - o bildirib.

Qeyd edək ki, Ağdam klubu ötən gecə UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyanın "Aberdin” klubunu mübarizədən kənarlaşdıraraq, ardıcıl 8-ci ildə də avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb. Rəşad Sadıqovun paylaşımının da buna hesablandığını təxmin etmək çətin deyil.

Nəzərə alaq ki, bu mövsüm Azərbaycanın dörd klubu avrokuboklarda mübarizəyə qoşulub. "Keşlə”, "Sumqayıt” ilk etapda mübarizəni dayandırıbsa, "Neftçi” əvvəl Çempionlar Liqasında, daha sonra Avropa Liqasında, ardınca isə Konfrans Liqasında uduzaraq, avrokuboklarla vidalaşıb.

Hazırda ölkəmizi avrokuboklarda təmsil edən yeganə komanda "Qarabağ” olduğundan əksəriyyət Azərbaycan futbolunun yükünün Qurban Qurbanovun çiyinlərində olduğunu düşünür.

Onu da əlavə edək ki, iki mövsüm öncəyədək "Qarabağ”ın uğurları üçün çalışan Rəşad Sadıqov Qurban Qurbanovla çox yaxın dostdur.
 
 



OXŞAR XƏBƏRLƏR

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həkmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki,...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv...