Son 3 gündə bu universitetin 3 müəllimi vəfat etdi

Təhsil
20:50 / 27.08.2021
3257
Son üç gündə Azərbaycan Dövlət Pedeqoji Universitetinin (ADPU) 3 müəllimi vəfat edib.
Sfera.az xəbər verir ki, ali təhsil müəssisəsinin ibtidai təhsil fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Aişə Məmmədova, Elmi-təşkilat şöbəsinin müdiri Əli Allahverdiyev və Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının dosenti Aysəba Məmmədova dünyasını dəyişib.
Allah rəhmət eləsin!