TƏBİB rəsmisindən “CoronaVAC”la bağlı AÇIQLAMA

TƏBİB rəsmisindən “CoronaVAC”la bağlı AÇIQLAMA
"Pandemiyanın dayanması üçün, peyvəndlənmədən başqa yolumuz yoxdur”.

Sfera.az xəbər verir ki, bu sözləri TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib. O bildirib ki, hər kəs bunu bilməli və başa düşməlidir:

"Qorunma tədbirləri lazımlı olsa da müvəqqətidir. Bizim orqanizmdə immunitet yaranmasa, insanların təqribən 70-80 faizi peyvəndlənməsə, pandemiya davam edəcək. Bu isə bizə bir çox maneələr yaratmaqla yanaşı, ciddi fəsadların baş verməsinə səbəb olacaq”.

Direktor müavini hazırda effektlivliyinin zəif olması barədə iddialar səsləndirilən Çinin "Sinovac” şirkətinə məxsus olan "CoronaVAC” peyvəndi ilə bağlı da fikirlərini bölüşüb:

"Bu, sınanmış üsullarla hazırlanan klassik peyvənddir. Tərkibində öldürücü virus var və minimal yan təsirlərə malikdir. "CoronaVAC” ancaq bədəndə immunitet yaradır. Bu peyvəndi vurduranlar ya xəstəliyi keçirmir, ya da yüngül keçirirlər. Onun təsiri super effektli olmasa da, kifayət qədərdir.

Türkiyədə "CoronaVAC”ın sınaqları baş tutub. Nəticələrə görə, peyvənd növü 92 faiz effektli olub. Ola bilər ki, digər peyvəndlərdə effektlilik faizi bir neçə faiz yüksək olsun, ancaq burada məsələni bir-iki faiz yüksəklik həll etmir”.

A.Qurbanov qeyd edib ki, Azərbaycanda istifadə olunan peyvənd növlərinin hər birinin effektivliyi sübut olunub:

"Vurğulayım ki, statistik məlumatlara görə, ölkədə koronavirusdan ölən və reanimasiyaya düşənlərin əksəriyyəti peyvənd olunmayanlardır. Ona görə də hər bir vətəndaşı peyvəndləmədə aktiv iştiraka səsləyirəm”.
 
(Lent.az)

OXŞAR XƏBƏRLƏR

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həkmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki,...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv...