"Çakır" həbs oluna bilər - Fotolar/Video
Türkiyənin məşhur “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialının ulduz aktyoru Oktay Kaynarca 6 ay həbs oluna bilər.
ANS PRESS-in məlumatına görə, aktyoru Azərbaycan tamaşaçısı daha çox "Kurtlar Vadisi" serialındakı "Çakır" obrazı ilə tanıyır.
Aktyor “Bebek Koyu”da olan yaxtasında müqaviləsiz və oğurluq su işlətməkdə ittiham edilir.
Artıq İstanbul məhkəməsində qaldırılan cinayət işində aktyorun yaxtasında sayğacsız, müqaviləsiz və oğurluq su işlətməsi, istifadə olunması sübut olunub.
Oktay Kaynarcanın yaxtası
Oktay Kaynarca bildirib ki, yaxta ona aid deyil: "Yaxta, əslində, mənə aid deyil. Mən ancaq ondan istifadə etmişəm. “Bebek Koyu”da bütün yaxtalar elektrik və su ehtiyaclarını oraya abunə olan yaxta sahiblərindən alırdı. Biz suyu Metin adlı rəsmi abunə olduğunu bildiyimiz bir şəxsdən alırdıq. Kapitanımız iki dəfə Mətindən su alırdı. Mən də 200 lirə (təxminən 100 manat) su pulu ödədim. Bəraətimi tələb edirəm”.
Oqtay Kaynarca 1965-ci ildə İstanbulda dünyaya gəlib. Uşaqlığının bir dövrü Berlindә keçib.