Azərbaycanda hüquqi dövlət quruculuğu – Keçilmiş yola baxış

11:02 / 27.08.2021
915
Azərbaycan
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra bəyan etdiyi əsas məqsədlərdən
biri hüquqi dövlətin qurulması idi. Bu dəyərlər həm 1991-ci ilin oktyabrın 18-də
qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktında, həm də 1995-ci ildən qüvvəyə minən ilk
Konstitusiyamızda ifadə olunub.
Sfera.az
bildirir ki, hüquqi dövlət anlayışı sadə dillə ifadə edilərsə, ölkədə olan
bütün münasibətlərin qanunlar əsasında tənzimlənməsini nəzərdə tutur. Yəni,
dövlətin səlahiyyətləri sərhədsiz, məhdudiyyətsiz ola bilməz, onun bütün
qurumları, vəzifəli şəxsləri qanunların müəyyən etdiyi yolla getməlidir,
qanunlara tabe olmalıdır. Əgər bir dövlət qanunlarla özünün fəaliyyətini məhdudlaşdırırsa,
dövlətin ərazisində yaşayan insanların və vətəndaşların hüquq və azadlıqlarının
təmin olunmasını özünün başlıca məqsədi hesab edirsə, həmin dövlət hüquqi dövlət
sayılır.
Amma
qanunlar mahiyyət etibarilə ədalətli olmalıdır. Ədalətsiz qanunların hakimiyyəti
hüquqi dövlətin təməl prinsiplərinə ziddir. Qanunlar xalqın iradəsini, düşüncəsini
ifadə etməldir.

Hüquqi dövlətin
mühüm əlamətlərindən biri qanunların işlək olmasıdır. Dövlətdə, ölkədə
qanuların aliliyi təmin edilməli və hər bir hərəkət qanun çərçivəsində qiymətini
almalıdır.
Başqa sözlə,
hüquqi dövlətin əsas təzahürü bütün sahələrdə münasibətləri təmin edən
qanunların mövcudluğu deyil, həm də həmin qanunların aliliyini təmin etməkdir.
Dövlətin qarşısında dayanan əsas məsələ ədalətli qanunlar hazırlamaqla bərabər,
bu qanulara əməl edilməsinə nail olmaqdır.
Bu mənada
hüquqi dövlət demokratik dövlətin əlaməti hesab edilir. Antidemokratik dövlətlərin
"hüquqi dövlət" olmasından söhbət gedə bilməz, çinki bu fenomenin
orada mövcüdlügü istisnadır.
Sadlanan şərtlətə
uyğun olan dövlət hüquqi dövlət sayılır, onun qurduğu cəmiyyət isə demokratik cəmiyyət
olur.
Konstitusiya
hüquqi dövlətin təməl daşıdır
Ölkəmizdə
hüquqi dövlət quruculuğu prosesi bir neçə mərhələdən keçib. Əsas mərhələlərdən
biri Konstitusiyanın qəbulundan sonra başladı. Bu dövrdə Konstitusiya nəzarəti
orqanı, azad mətbuatın qanunvericilik bazası formalaşdırıldı. Azərbaycan insan
hüquqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyalara qoşuldu, milli
qanunvericilik təkmilləşdirildi, yerli özünüidarənin hüquqi əsasları yaradıldı
və ilk bələdiyyə seçkiləri keçirildi.

Konstitusiyamıza
görə, Azərbaycan dövləti hüquqi dövlətdir (konstitusiyanin 7-ci maddəsinin 1-ci
bəndi). Ana qanuna görə, hüquqi dövlətin əsas məqsədi şəxsiyyətin hərtərəfli
inkşafına imkan yaratmaqdan, onun hüquq və azadlıqlarını real olaraq təmin etməkdən,
insan hüquq və azadlıqlarini tanımaq və müdafiyə etməkdən ibarətdir. Əsas hüquq
sənədimizdə qeyd edilir ki, hüququ dövlətdə hakimiyyət qanuna əsaslanır,
qanunla məhdudlaşır və qanun vasitəsi ilə həyata keçirilir. Hüququ dövlət
qanunla bağlı olan dövlətdir və qanuna tabedir.
Hüquqi dövlətin
konstitusiya xarakteristikası bir neçə müddəa ilə konkretləşdirilir. Həmin müddəalarda
qeyd edilir ki, insan hüquqlarının pozulmazlığı dövlət tərəfindən elan edilir,
hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və
azadlıqları var.
Digər bir
müddəaya görə Konstitusiyada təsbit edilən insan və vətəndaş hüquq və
azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının borcudur. Həmçinin dövlət hər kəsin hüquqlarının və azadlıqlarının
müdafiəsinə təminat verir.
Bunlardan
başqa şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti prinsipinin müəyyənləşdirilir.
Konstitusiya və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə
tutulan hüquqlardan sui - istifadə və ya vəzifələrin yerinə yetirilməməsi
qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
Konstitusiyaya
əsasən dövlət şəxsiyyətin hüquq və azadlıqlarını real olaraq təmin edir. Insan
haqları hüquqi dövlətin məkan daşıdır, cəmiyyətin bütövlükdə inkşafı üçün vacib
amildir. Şəxsiyyətin hüquq və azadlıqlarını təmin etmək hüquqi dövlətin əsas və
başlıca vəzifəsidir.
Dövlət və şəxsiyyətin
qarşılıqlı məsuliyyəti hüquqi dövlətin digər bir əlamətidir. Dövlət və şəxsiyyət
arasındakı münasibətlər qarşılıqlı məsuliyyət əsasında qurulur. Vətəndaşlar,
onların üzərinə qoyulmuş vəzifələri icra etməlidir. Amma dövlətdə öz üzərinə vətəndaşların
hüquqlarını və onların həyata kecrilməsini təmin etmək vəzifəsini götürür.
Hüquqi dövlət
quruculuğu davamlı prosesdir
Hüquqi dövlət
quruculuğu davamlı prosesdir. İnsan hüquqları və azadlıqlarının təmini, azad və
ədalətli seçkilərin keçirilməsi, demokratik dəyərlərin qorunması sahəsində
qanunvericilik sistemi daim təkmilləşdirilməlidir. Məhkəmə-hüquq sitemində
islahatlar aparılmalı, vətəndaşların hüquqlarının müdafiəsində məhkəmələrin
rolu gücləndirilməli, onların fəaliyyətinin demokratikləşməsinə, bürokratik əngəllərin
aradan qaldırılmasına yönəlməlidir. Bununla yanaşı, ölkədə konstitusiya nəzarəti
funksiyasını həyata keçirən Konstitusiya Məhkəməsi və hüquqların məhkəmədən kənar
müdafiəçisinin-İnsan hüquqları üzrə müvəkkil Ombudsman institutunun, həmçinin vəkillik
institutunun işi gücləndirilməlidir.
Qeyd:
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi
ilə hazırlanmışdır.
Mövzu: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
