İsmayıllının icra başçısı Millət vəkili ilə şəhid və qazi ailəsini ziyarət edib - FOTO

İsmayıllının icra başçısı Millət vəkili ilə şəhid və qazi ailəsini ziyarət edib - FOTO
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Millət vəkili Novruzəli Aslanov Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan, eləcə də bu döyüşlərdə sağlamlığını itirən igidlərimizin ailələrini ziyarət ediblər.

Qonaqlar ilk olaraq İsmayıllının Diyallı kəndindən olan şəhid Tural Şıxızadənin evində olub, onun ailəsi ilə səmimi söhbət edərək qayğıları ilə maraqlanıb, şəhidin xatirəsinə həsr olunmuş guşə ilə yaxından tanış olublar, görüşdə hər bir soydaşımızın torpaqların azad olunmasında mərdliklə döyüşən oğullarımız ilə fəxr etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu tarixi Zəfərin əldə olunmasında xidmətləri olan hər kəsi xalqımız daim minnətdarlıqla yad edir.

Daha sonra görüş həmin kəndin qazisi Əhəd Həsənovun ailəsində davam edib. Səmimi keçən görüşdə Əhəd keçdiyi döyüş yolundan,döyüş yoldaşlarının ruh yüksəkliyindən, yüksək rütbəli zabitlərin öz əsgərləri ilə çiyin - çiyinə  vuruşmasından, əsgərlərə diqqət və qayğılarından  danışıb. Rayon rəhbərliyi dövlətimizin hər zaman şəhid və qazi ailələrini diqqətdə saxladığını qeyd edib.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Tural Şıxızadə ölümündən sonra "Vətən uğrunda"  və "Suqovuşanın azad olunmasına görə” Əhəd Həsənov  isə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə” və "Laçının azad olunmasına görə” medalları ilə təltif edilib




OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir

Azərbaycan Mərkəzi Bankı (AMB) “K Group” MMC-yə qarşı tədbir görüb.    Sfera.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. &nbs...

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...