Tarkan: "Peyvənd olunmamaq üçün mübarizə aparmağın mənası yoxdur"

Maqazin
08:34 / 27.08.2021
1492
Türkiyəli müğənni Tarkan koronavirusa qarşı peyvənd olunub.
Sfera.az xəbər verir ki, vaksin vurdurarkən çəkilən fotosunu paylaşan sənətçi peyvənd barədə fikirlərini bölüşüb:
"Nə yalan deyim, mənim də peyvəndlə bağlı ağlımda suallarım, şübhələrim var idi. Amma görürəm ki, hər gün minlərlə insanın həyatı xilas olur. Peyvənd olunmamaq üçün mübarizə aparmağın mənası yoxdur. Peyvənd olunaq, ümidli sabahlara baxaq".