"Neftçi" avrokuboklarda oynamağa hazır deyildi - Abasov

İdman
23:59 / 26.08.2021
2801
İlk dəqiqələrdən təhlükəni hiss etdik. Qapımız qarşısında qol epizodu yaşandı. Yusuf Lavalın yoxluğu da təsir etdi. Bundan başqa, 3 nərəin oyundan qopmağı bizə belə problem yaratdı. Nə qədər ağır məğlubiyyət olsa da, bizim üçün yaxşı təcrübə oldu. Bundan sonra kimlərlə yola davam edəcəyimizə baxacağıq. Əsas fikrimiz çempionata yönələcək.
Sfera.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov İsraildə Hayfa "Makkabi"sinə 0:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, burada günahkar təkcə Samir Abasov və ya kimsə deyil: "Avrokuboklaradək olan hazırlıq dövrünü özünüz də görürsünüz. Belə heyətlə bu cür rəqibə qarşı sırf şansın hesabına nə isə edə bilərdik. Təəssüf ki, bu da alınmadı. Günahkar axtarmaqdansa, bundan nəticə çıxarmalı, ayağa qalxmalıyıq. Özümüzü çempionatda sübut etməyilik".
Onun sözlərinə görə, belə rəqibə qarşı istədiyin heyətlə oynaya bilmirsənsə, işin çox çətindir. Harramiz Soareş, Fəhmin Muradbəyli və Mert Çelik zəif çıxış etdi. Çelikin oyununu təcrübəsizliklə əlaqələndirmək olar. Digərlərini isə başa düşə bilmirəm. Heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq".