“Köçəryan meydanda edə bilmədiyi təxribatları parlamentə gətirib” - Politoloq

“Köçəryan meydanda edə bilmədiyi təxribatları parlamentə gətirib” - Politoloq
"Ermənistanın parlament iclasları bu formada gərginliklə davam edəcək”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bu gün deputatlar arasında yaranan gərginlikdən danışarkən deyib.

O həmçinin qeyd edib ki, eks-prezident Robert Köçəryanın blokunun da parlamentdə yer alması iclasların reqlamentini pozmaq və dava salmaqla ümumi gedişata təsir etmək məqsədi daşıyır:

"Ermənistan parlamentində müxalif fraksiyasının rəhbəri sabiq müdafiə naziri Seyran Ohanyan və digər müxalifət deputatlar  hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvlərinə qarşı hücum edib. Demək olar ki, parlament döyüş meydanına çevrilib.
 
Elə bir vəziyyət yaranıb ki, iclas zalının arxasında hərbçilər dayanır və əlbəyaxa davalara müdaxilə edilir. Düşünürəm ki, bundan sonra hətta müxalif deputatların zaldan kənarda silaha əl atması da mümkündür”.

Politoloq bildirib ki, Robert Köçəryan meydanda edə bilmədiyi təxribatları parlament zalına gətirib və bu, hökumətin işinə mane olmağı hədəfləyir.

Xatırladaq ki, bu gün səhər saatlarında hakim "Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Hayk Sarkisyanın çıxışı zamanı Ermənistan parlamentində vəziyyət yenidən son dərəcə gərginləşib. Sözügedən deputat vətəndaşların pul, yaxid tanışlıq müqabilində ordudan yayınmalarına vasitəçilik edən müdafiə nazirlərini xəyanətkar adlandırıb.

Bu sözlər müxalif millət vəkillərini qəzəbləndirib və onlar Sarkisyana butulka atıblar. Bundan sonra  salonda qarışıqlıq yaranıb və dava-dalaş başlayıb.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...