“Paşinyan qadınları da hərbi xidmətə çağırmağa məcbur qalıb” - Açıqlama

15:46 / 25.08.2021
1229
"Ermənistanda qadınları hərbi xidmətə cəlb etmək
istəyi, ciddi miqrasiya prosesi getdiyindən ölkədə kişi əhalisinin qıtlığından
irəli gəlir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın
baş naziri Nikol Paşinyanın orduda islahatlar çərçivəsində qadınları da hərbi
xidmətə çağırmaq niyyətindən danışarkən, politoloq Qabil Hüseynli deyib:
"Ermənistanda ciddi köç prosesi başlayıb.
Müharibədən sonra bu tendensiya daha da artıb. Ermənilər xüsusən də Rusiya və
Avropaya üz tutur. Hətta Qarabağın dağlıq hissəsindən də erməni əhalisinin köçü
başlayıb. Onlar da müxtəlif yollarla baş götürüb qaçır. Nəticədə Ermənistan
ordusunun komplektləşməsində ciddi problemlər yaranıb. Düşmən ölkə ordusunu
formalaşdırmaqda ciddi problemlərlə üz-üzədir. Bu ölkədə hərbi xidmətə çağırış
prosesi çətinliklə 70 faiz hüdudunda təmin edilir”.
Həmsöhbətimiz bildirdi ki, demoqrafik
problemin yaşanması Ermənistan hökumətini qadınları da orduya cəlb etməyə məcbur
edir:
Elçin