Azərbaycanda bu söz ləğv olundu

Azərbaycanda bu söz ləğv olundu

Azərbaycan Kinorejissorlar Gildiyasının İdarə Heyəti, kinooperatorların sovetdən qalmış "kinooperator” peşə adının "təsvir rejissoru” adı ilə əvəz olunması ilə bağlı, peşəkarlar tərəfindən daxil olmuş çoxsaylı müraciətlərə əsasən araşdırmalar aparıb.

Sfera.az xəbər verir ki, bu barədə "Report"a Gildiyadan məlumat verilib.

Məlumata görə qərara gəlinib ki, "operator” (latın) sözünün etimalogiyası, hər-hansı bir işi görən, işlək mənasını daşıdığından, audiovizual əsərin təsviri ilə bağlı yaradıcı proseslərin rəhbəri olan və ona məsuliyyət daşıyan peşənin – "quruluşçu kinooperatorun” (bədii filmdə və tv seriallarda), kinooperatorun (sənədli və tv filmlərində) yaradıcı xarakterini və funksiyasını əks etdirmir.

Digər tərəfdən "operator” sözünün mənasının ümumi və universal xarakter daşıdığından, məsələn - avtooperatoru, qazoperatoru, radiooperator, rabitəoperatoru, turoperatoru, kompüter operatoru və s. 100-dən artıq peşə adlarının mövcudluğu, audiovizual sahənin inkişafında önəmli yer tutan bu peşənin nüfuzuna xələl gətirmək ehtimalını yaradır və belə bir vacib sənətin əhəmiyyətini azaldır.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyəti, Gildiyanın Kinooperator bölməsinin - bu sahənin peşəkarlarının təklifini qəbul edərək aşağıdakıları qərara alıb:

- Audiovizual əsərlərin (filmlərin) yaradılmasında onun təsvir həllinə və bu həllin bədii formada daşıyıcılara həkk olunmasına məsuliyyət daşıyan yaradıcı peşə sahibinin "təsvir rejissoru” adlandırılmasını məqsədəuyğun hesab edilməlidir.

- Bununla bağlı audiovizual sahədə fəaliyyət göstərən bütün ictimai təşkilatlara, özəl qurumlara, dövlət idarə və müəssisələrinə bu təklifi və onun praktiki istifadəsinin dəstəklənməsi məqsədi ilə müraciət ünvanlandırılmalıdır.



OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...