AzTV-nin vəfat edən rejissoru vaksin olunmuşdu? - TƏBİB-dən cavab

AzTV-nin vəfat edən rejissoru vaksin olunmuşdu? - TƏBİB-dən cavab
Ötən gün "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru 54 yaşlı Arzu Məmmədova və həyat yoldaşı koronavirusdan vəfat edib. Ailə üzvlərinin eyni gündə vəfatından sonra televiziya əməkdaşının 2 doza peyvənd olunduğu, buna baxmayaraq COVID-19-a qalib gələ bilmədiyi haqda iddialar səsləndirilib. 

Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialarla bağlı "Qafqazinfo” TƏBİB-ə sorğu ünvanlayıb. Cavab olaraq bildirilib ki, A. Məmmədova yalnız bir doza vaksin qəbul edib:

"Araşdırma nəticəsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru Məmmədova Arzu Mövlud qızının 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət etdiyi və peyvənd olunduğu məlum olub. Daha sonra A.Məmmədovanın 23 avqust tarixində PCR testi müsbət nəticə olaraq qeydə alınıb. İlk doza ilə ikinci doza arasında 28 gün müddət gözlənildiyindən A.Məmmədova 2-ci doza vaksin vurdurmayıb”.

TƏBİB-dən həmçinin bildirilib ki, yalnız hər iki dozanı qəbul etmiş şəxslər vaksin olunmuş sayılır.

Qeyd edək ki, A.Məmmədova AzTV-nin Ədəbi-dram və folklor verilişləri Baş redaksiyasında çalışıb. 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...