Erməni deputat facebook-da canlı yayım açdı – Deputatların davası niyə baş verib?

13:34 / 25.08.2021
1610
"Ermənistan” blokundan olan deputat Aqnessa
Hamoyan özünün Facebook səhifəsindən parlamentin iclas salonundan canlı yayıma çıxaraq orada baş verənləri izləyicilərə
göstərib.
Sfera.az News.am-a istinadla məlumatına görə, görüntülər
böyük səs-küyə səbəb olub. Belə ki, deputatlar qışqırır və bir -birini təhqir
edir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları isə aranı sakitləşdirməyə
çalışır.
Hamoyanın sözlərinə görə, Ermənistanın baş
naziri Nikol Paşinyan salonda deyil. "Həmişə olduğu kimi qaçıb”,- deyə o,
canlı yayımda bildirib.
Dünənki olayın "qəhrəman”larından biri, Hakim "Vətəndaş Müqaviləsi” Partiyasından
olan millət vəkili Narek Qriqoryan bu gün də çox fəaldır, müxalifət nümayəndələrinə
qışqıraraq, onları təhqir edir. Aqnessa
Hamoyan Narek Qriqoryanı nəzərdə tutaraq: "Orduya getməmək üçün
damarlarını kəsib",- deyə söyləyib.
Xatırladaq ki, avqustun 25-də səhər
saatlarında hakim "Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Hayk
Sarkisyanın çıxışı zamanı Ermənistan parlamentində vəziyyət yenidən son dərəcə
gərginləşib. Sözügedən deputat vətəndaşların pul, yaxid tanışlıq müqabilində
ordudan yayınmalarına vasitəçilik edən müdafiə nazirlərini xəyanətkar
adlandırıb.
Selcan
Sfera.az