Flora Kərimova od püskürdü: "Bu kimi hadisələr millətin üz qarası, faciəsidir”

Flora Kərimova od püskürdü:
"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir”.
 
Sfera.az bildirir ki, bunu Xalq artisti, müğənni Flora Kərimova Bakıda 6 aylıq qızını boğaraq öldürən atadan danışarkən deyib.

İfaçı həmçinin son günlər baş verən qadın və uşaq qətllərindən söz açıb:

"Yaradandan qorxmadın, deyək, inancın yoxdur. Qız uşağını sevmirdin, insaniyyətini harada itirdin? Dində də, elmdə də təsdiqini tapıb ki, övladın cinsiyyəti atadan gəlir. Deyək ki, bunu bilməyəcək qədər savadsızlar hələ də var. Din xadimləri, bunu aşılayın insanlarımıza. Deyin ki, peyğəmbərimizin tək övladı qız idi. Dinimiz qız övladını necə sevib, qorumağı öyrədir. Sizləri özünə "imam" bilənlər, kitab oxumağa həvəsi və ya fürsəti olmayanlar sözünüzü eşidir. Təbliğ edin ki, dinimiz qız övladına necə dəyər verir”.

F.Kərimova bildirib ki, qeyd edilən məsələləri təkrar-təkrar demək din xadimlərinin borcudur:

"Heç kimi qınamıram. Ola bilər ki, evin kişisi ac da olsun, təhsilsiz də. Bir gün qazanar, bir gün yox. Amma kişilik sütununu, insaniyyətini, vicdanını itirmək... Vicdanı olmayan insan hər şeyə qadir olarmış. Söz tapa bilmirəm”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...