“Sosial şəbəkələrdə dini fanatizmi təbliğ edənlər nəzarətə götürülməlidir” - Açıqlama

12:37 / 25.08.2021
1288
"Dini fanatizmə qarşı mübarizə üçün ilk növbədə
orta məktəblərdə ilahiyyat dərsləri keçirilməlidir”.
Bu sözləri Sfera.az-a açıqlamasında ölkədə
dini fanatizmin artması təhlükəsi haqda danışarkən, politoloq Cümşüd Nuriyev
deyib:
"İslam dini orta məktəblərlə yanaşı, ali təhsil
ocaqlarında da olduğu kimi tədris olunmalı, bununla da dini fanatizmin yayılma
arealı daraldılmalıdır. Təəssüf ki, televiziyalarda islamın elmi izahı ilə
bağlı heç bir təbliğatı işlər aparılmır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
də öz işinin öhdəsindən gəlmir. Qurum dövlətin siyasətini uğursuz şəkildə həyata
keçirir”.
C. Nuriyev sosial şəbəkələrdə dini fanatizmi təbliğ
edən səhifə və qrupların mövcudluğuna diqqət çəkərək, müvafiq qurumların məsələni
nəzarətə götürməli olduğunu düşünür. O, hesab edir ki, hazırda Azərbaycan bilərəkdən
teokratik dövlətə doğru itələnir:
Elçin