Oruc bədənin immun sistemini gücləndirir

Oruc bədənin immun sistemini gücləndirir

Mütəxəssislər bu qənaətə gəlib çatıblar ki, oruc tutmaq bədənin immun sistemini bərpa edə bilir və qüvvətləndirir. Çünki bədən orucdan sonra yeni hüceyrələr istehsal etməyə başlayar, ağ qan kimi.

Adətən Ramazan ayında insanların qida rasionunda dəyişikliklər baş verər. Xüsusilə də gündəlik qəbul olunan kalorilərdə. Bu dəyişikliklər immun sisteminə müsbət təsir qoyar və onu gücləndirər.
Sfera.az deyerler.org-a istinadən bildirir ki, bədənin immun sistemi müdafiə vəzifəsinə malik olduğu üçün, bədənə daxil olan yad cisimləri və hüceyrələri dəf edər. Pəhriz saxlayan insanlar adətən yeməyin miqdarını azaldan zaman bədənin immun sisteminə güc düşər və müqaviməti zəifləməyə başlayar. Çünki lazım olan kalorini əldə edə bilməz. Lakin oruc tutan insan qüvvətli kaloriyə malik olan qidalardan istifadə etdiyi üçün, bədəndə ağ qan hüceyrələrinin fəaliyyəti güclənər.
Yaş artıqca da bədənin immun sistemi zəifləməyə başlayar. Lakin oruc bu insanların da immun sistemini gücləndirər və artıq çəkinin azalmasına səbəb olar.
Alimlər bu nəticəyə gəlib çatıblar ki, oruc yaşlı insanların immun sistemini yenidən bərpa edər. Uzun müddət aclıq çəkmək bədəndə yeni hüceyrələrin istehsal olmasına səbəb olar.
Alimlərin bu kəşfi immun sisteminin zədələndiyi bir çox xəstələr üçün faydalı ola bilər. O xəstələr ki, kimya müalicəsi qəbul edir, onların immun sistemi zədələnmiş olur.
Bu kəşf həm də yaşlı insanlar üçün faydalı ola bilər ki, immun sistemlərini bərpa etsinlər. Alimlər deyir ki, oruc bədənin yenidən bərpa olmasının açarıdır. Hüceyərlərə xəbər göndərər ki, yeni ağ qan hüceyrələrini istehsal etsin. Bu da immun sisteminin güclənməsinə gətirib çıxardar.
İnsan uzun müddət ac qalan zaman çox sayda hüceyrələrini itirər və iftar edən zaman onların yerinə yeni hüceyrələr əmələ gələr. Bu hal, bir çox xəstəliklərin aradan getməsinə və bir çox təhlükəli xəstəliklər riskinin insandan uzaqlaşmasına səbəb olar.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...