“Peyvənd sertifikatı” müddətsizdir - RƏSMİ

Sağlıq
12:24 / 25.08.2021
1408
"Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın ("buster” doza) vurulması onun müddətinə təsir etmir.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatda bildirilib.
Birgə məlumatda həmçinin qeyd edilib ki, son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza ("buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir.
Bunun üçün vətəndaşlar