Azərbaycanlıların “Taliban”a qoşulmaq təhlükəsi varmı? - Açıqlama

11:02 / 25.08.2021
858
Əfqanıstanda "Taliban”nın hakimiyyətə gəlməsi regionda
terrorçuluğun yayılmasına yol aça biləcəyi qeyd olunur. Səsləndirilən
ehtimallardan biri də bəzi ölkələrlə yanaşı, Azərbaycandan da "Taliban”a
qoşulmaq istəyənlərin ola biləcəyi narahatlığıdır.
Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev
Sfera.az-a açıqlamasında deyib ki, indiki zaman üçün bu mümkün deyil:
"Nəzərə alsaq ki, ölkəmizdə Türkiyənin də təhlükəsizlik
orqanlarının kifayət qədər nəzarəti var. Eyni zamanda İsrail də təhlükəsizliyin
təmin olunmasında Azərbaycana kömək edir. Digər tərəfdən İsrail İslam
fundamentalizminin əleyhinə olan bir dövlətdir. Bu baxımdan bundan sonra kimlərinsə
Əfqanıstana gedib orada vuruşacağı ehtimalı çox aşağıdır”.
Politoloq bildirib ki, indiki şəraitdə hansısa
bir Azərbaycan övladının "Taliban”a qoşulub dini müstəvidə fəaliyyət göstərməsi
imkansızdır:
Günay Rəsulqızı