Türkiyədə 11 terror aktı törədən PKK-lı yaxalandı – FOTO

Türkiyədə 11 terror aktı törədən PKK-lı yaxalandı – FOTO
Türkiyənin İstanbul şəhərində ölkədə həyata keçirilmiş bir neçə terror aktında iştirak etmiş PKK üzvü yaxalanıb.

Bu barədə Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, şərti adı "Rodi Çevlik” olan Sonuç Gürdeğir İstanbulun Ataşəhir rayonunda yaxalanıb.

O, 11 terror aktında iştirak edib. Sonuç Gürdeğir 2014-cü ilin 10 sentyabrında Bingöldə təhlükəsizlik rəsmisinin və mühafizəçisinin yaralanması, habelə təhlükəsizlik qüvvələrinin 2 əməkdaşının həlak olması ilə nəticələnən terror aktında iştirak edib. Bununla yanaşı, 2016-cı ilin 1 avqustunda zırehli avtomobilin partladılması, 7 polis əməkdaşının öldürülməsi, 3-nün yaralanması ilə nəticələnən digər terror aktında iştirak edib.
 
Sonuç Gürdeğir eləcə də digər terror aktlarının iştirakçısı olub. O, xüsusi əməliyyatla yaxalanıb.

Türkiyənin cənub-şərqindəki Şirnak əyalətində isə PKK-nın 3 terrorçusu zərərsizləşdirilib. Bu barədə isə "Anadolu” agentliyi Türkiyə Daxili İşlər Nazirliyinə istinadən bildirib.
 



OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...