Qazaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Hadisə
07:30 / 25.08.2021
1566
Qazax rayonunda idarəetmədən çıxan avtomobil yol kənarındakı ağaca çırpılıb, 3 nəfər xəsarət alıb.
Sfera.az-a verilən məlumata görə, hadisə Qazax rayon Çaylı kənd ərazisində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobilin ağaca çırpılması nəticəsində, 1995-ci il təvəllüdlü, Əlnay Kəsəmənli, 1997-ci il təvəllüdlü, İsmayılov Elvin və 1987-ci il təvəllüdlü, Rəhimov Rəhim xəsarət alıblar.
Onlar Qazax rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Sami Süleymanlı
Sfera.az