Dünya "Taliban"la bağlı QƏRARINI VERDİ: Liderlərdən birgə bəyanat

Dünya
00:54 / 25.08.2021
6373
Dünya "Taliban"la bağlı QƏRARINI VERDİ: Liderlərdən birgə bəyanat
G7 ölkələrinin liderləri, BMT və NATO-nun Baş katibinin də iştirak etdiyi toplantıda Əfqanıstanla bağlı yekun sənəd qəbul olunub.
Kanal.az xəbər verir ki, sənəddə "Taliban” çağırış edilib və qruplaşma qarşısında şərt irəli sürülüb. Bildirilib ki, müdafiəsiz əfqanların və digər ölkə vətəndaşlarının təhlükəsizliyi təmin edilməli, humanitar böhranın baş verməsinə şərait yaradılmamalı və qadınların hüquqları təmin edilməlidir. Açıqlamada bildirilir ki, Əfqanıstanın əsla terror bölgəsinə çevrilməsinə imkan verilməməlidir. Əks halda buna qarşılıq veriləcək.
Sənəddə qeyd edilir ki, G7 ölkələri "Taliban”ın addımlarına uyğun olaraq, onunla əlaqələr qurub-qurmayacağına qərar verəcək.