AZAL-ın yüksək vəzifəli əməkdaşını İnterpol axtarır

AZAL-ın yüksək vəzifəli əməkdaşını İnterpol axtarır

 

Xəbər verildiyi kimi beynəlxalq polis təşkilatı İnterpol insan alveri ilə məşğul olan mütəşəkkil qruplaşmalara qarşı İnfra Hydra əməliyyatı keçirir. Bu əməliyyat çərçivəsində 31 ölkə 180 şübhəlini müəyyən edib və beynəlxalq axtarışa verib. Onlardan 57-i artıq İnterpol tərəfindən həbs edilib.


Beynəlxalq polis təşkilatı insan alverinə diqqəti cəlb etmək üçün İnfra Hydra əməliyyatı çərçivəsində axtarışda olan 10 şübhəlinin adlarını və fotolarını yayıb. Onların arasında bir Azərbaycan vətəndaşının olduğu da bildirilirdi.

Həmin şəxs AZAL-ın yüksək vəzifəli əməkdaşı Tacəddin Əliyevdir. Tacəddin Əliyev Heydər Əliyev Bakı Beynəlxalq Aerportunun sərnişin nəzarətinin rəhbəri olub və tabeçiliyində olan işçilərlə, habelə hava yolları şirkətinin əməkdaşları ilə əlbir olaraq 2 İraq vətəndaşının sərhədi qanunsuz keçməsinə şərait yaradıb, bunun əvəzində onlardan pul alıb.

İnterpol-un saytında Tacəddin Əliyevin dosyesi yer alır. Orada göstərilir ki, T.Əliyev 1970-ci ildə Cəlilabad rayonunda anadan olub, Azərbaycan vətəndaşıdır. Azərbaycanın prokurorluq orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Boyu 180 sm, çəkisi 107 kq-dır.

 



OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...