ŞOK "AZAL" təyyarəsində dava, söyüş, yumuruqlaşma və s.
Hadisə
22:23 / 25.06.2016
4016
Hadisə bu gün Bakı-Muğla aviareysini yerinə yetirən təyyarədə baş verib.
Bu gün Bakı-Muğla aviareysini yerinə yetirən
Azərbaycan Hava Yollarına məxsus təyyarədə sərnişinlərlə şirkət əməkdaşları
arasında dava düşüb. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin
İctimaiyyətlə Əlaqələr müdiri Şəfa Mehmanqızı məlumat verib. Həmin təyyarə ilə
Bodrumda istirahət üçün türkiyənin Muğla vilayətinə uçan Şəfa Mehmanqızı sosial
şəbəkələrdəki statusunda bu hadisəyə yer verib. Şəfa Mehmanqızı qeyd edib ki,
təyyarədə iki dava düşüb.
"Facebook"dakı status belədir:
"Demeli, novbeti AZAL biabirciligi! Teyyarede uchusha 5 deq qalmish, Azal
emekdashi ile sernishinin biri mubahise etdi, yumruq davasina cixdilar, bir
birilerini teyyareden bayirda razborkaya cagirdilar. 1 saat kechdi, bu defe basqa
bir stüartla basqa bir sernisin serbest guleshin butun fendlerini numayish
etdirdiler. Tebii ki, soyush ve tehqirler de bonus olaraq. Usaqlar agladi,
qadinlar qisqirdi. Bir sozle, biabirciliq! Ve ucushun sonunda o qizin sesi 3
saatliq uchushda bas verenlerin fonunda cox gozel seslenirdi: Bizimle ucdugunuz
ucun tesekkurler. Sizinle bir daha gorusmeye shad olariq!"
Şəfa Mehmanqızının hadisə ilə bağlı
"Facebook"da yazdığını olduğu kimi təqdim edirik.