“Kreml ehtiyat edir ki...” – Politoloq Rusiyanın ikili oyunundan danışdı

“Kreml ehtiyat edir ki...” – Politoloq Rusiyanın ikili oyunundan danışdı
"Kreml kommunikasiya xətlərinin açılmasından sonar Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin bir-birləriylə sıx bağlanacaqlarından ehtiyat etməyə başlayıb".

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq Rusiyanın ikili rol oynadığını bildirib:

"Rusiyanın bölgədə sülh quruculuğu ilə məşğul olmadığını prezident İlham Əliyev də son müsahibəsində etiraf etdi. Ona görə də Moskvanın kommunikasiya xətlərinin açılması məsələsində də ikili oynadığına dair şübhələr var. Kreml kommunikasiya xətlərinin açılmasıyla Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin bir-birləriylə sıx bağlanacaqlarından ehtiyat etməyə başlayıb. Halbuki, Zəngəzur dəhlizindən Rusiyanın özü də bəhrələ bilər".
 
Politoloq yenidən müharibənin başlanmasının nə Ermənistana nə də Rusiyaya sərf etdiyini deyib:

"Moskvada anlamalıdırlar ki, Abxaziya, Cənubi Osetiya və ya Donbass separatçılarından fərqli olaraq Qarabağdakı erməni separatçıları mühasirədədirlər və Azərbaycan ordusu bu mühasirəni daraltmaq istiqamətində fəaliyyətini davam etdirəcək. Ona görə də nə qədər ki, növbəti müharibə başlamayıb Moskvanın 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini təmin etməsinə ehtiyac var. Yeni müharibə Ermənistan kimi Rusiyanın da maraqlarına cavab vermir. Biz isə istənilən varianta hazırıq. Növbəti mərhələdə Ermənistanın Azərbaycanla sülh sazişi və sərhədlərin müəyyənləşməsi məqsədilə danışqlara başlaması zərurəri də yaranacaq. Biz istədiyimiz nəticələri əldə etmək üçün təzyiqlərimizi davam etdirməliyik".
 
Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR