Kamal Doğulu xəstəxanadan çıxarıldı
Maqazin
23:05 / 24.06.2016
1792
Keçən həftə yaşadığı evin pilləkənlərindən yıxılaraq ağır yaralanan və təcili xəstəxanaya aparılan stilist Kamal Doğuludan yeni xəbər var.
Sfera.az-ın Türkiyə mətbuatına istinadən
məlumatına görə, stilistin xəstəxanadan çıxarıldığı deyilir.
Ailəsinin yanında istirahət edən Kamal Doğulunun
sağlamlıq vəziyyətinin yaxşılığa doğru getdiyi və ətrafdakıların dəstəyi ilə
əhval-ruhiyyəsinin yüksək olduğu bildirilir.
Qeyd edək ki, beyin travması alan və
onurğasından zədələnən Kamalın intihar etməsi versiyaları da var.