Ermənilərdən fərqli olaraq biz bunu etmədik - Əliyev

Ermənilərdən fərqli olaraq biz bunu etmədik - Əliyev
Müharibə dövründə mən dəfələrlə "Nə oldu, Paşinyan?” sözləri ilə bərabər deyirdim ki, Paşinyan özü mənə tarix versin, təqvim versin ki, nə zaman bizim torpaqlarımızdan rədd olur, həmin gün biz müharibəni dayandıraq. Belə də oldu, 9 noyabrda o tarixi verdi, 10 noyabrda gecə kapitulyasiya aktı, yəni, təslim aktı imzalandı. Biz dayandıq, yenə də sözümüzə əməl etdik və dərinə getmədik. Yəni, ermənilərdən fərqli olaraq biz etnik təmizləmə aparmadıq, hərbi cinayət törətmədik, müharibəni ləyaqətlə apardıq, mülki şəxsləri vurmadıq. Hətta erməni əsgərlərini lazımsız yerə məhv etmədik.

Sfera.az xəbər verir ki, bu fikirləri "CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, müharibədən bir ay sonra böyük bir təxribat qrupu bizim torpağımıza göndərilmişdi. Onlar həbs olundu, halbuki məhv edilə bilərdilər. Çünki onlar bizim 4 hərbçimizi öldürdülər, amma biz onlara dəymədik. Yəni, müharibənin öz qanunları var və hər şey gərək ləyaqətlə olsun. Müharibə də, mülki həyatda da, məişətdə də, evdə də, işdə də, siyasətdə də ləyaqət əsas prinsiplərdən biri olmalıdır. Ona görə indiki şəraitdə, əlbəttə ki, bizim başqa planlarımız var. Ancaq İkinci Qarabağ savaşı Azərbaycan xalqının tarixində əbədi qalacaq”.

OXŞAR XƏBƏRLƏR

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...