“Biz Ermənistanın dərsini yenidən verməyə hazırıq” – İlham Əliyev

Siyasət
23:50 / 14.08.2021
2173
"Görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”.
Azərbaycan Prezidenti İlham Əliyev "CNN Türk” televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətinə də münasibət bildirib.
Prezident qeyd edib ki, bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir.